Türkiyəni Suriya, İraq və İrandan qoruyan 2 general təcili Anadoluya gəldi – FOTO

15 Oktyabr 2015 11:30 (UTC+04:00)

Türkiyənin Anadolu bölgəsini Suriya, İraq və İrandan qorumaq vəzifəsi daşıyan Silahlı Qüvvələrin Ordu komandanı, general-polkovnik Adəm Hududi və Quru Qoşunları komandanı, general-polkovnik Salih Zəki Çolak hərbi təyyarə ilə gecə saatlarında Gaziantep hava limanına eniblər.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, türk generallar bölgədəki və hərbçilərin vəziyyəti ilə yaxından tanış olublar. Türkiyə Silahlı Qüvvələrinin 2 generalını yerli polis və vali rəsmiləri qarşılayıb, hava limanında təhlükəsizlik tədbirləri isə gücləndirilib. Komandanlar gecəni polis evində keçiriblər.

Vasif Həsənli