Azərbaycan Cənubi Koreya ilə müqavilə imzalayacaq

15 Oktyabr 2015 12:37 (UTC+04:00)

"Karbamid zavodunun maliyyələşdirilməsi üçün Cənubi Koreyanın "Eximbank"ı ilə uzunmüddətli müqavilə imzalanacaq".

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda müqavilənin imzalanması istiqamətində işlər aparılır. Bu müqavilə Maliyyə Nazirliyinin zəmanəti ilə imzalanacaq.

Qeyd edək ki, daha öncə zavod üçün 6 aylıq kreditləşmə həm görülən iş, həm də uzunmüddətli avadanlıq alınması üçün cəlb olunub. "Eximbank"dan alınan bu məbləğ 150 mln dollar həcmindədir.

Leyla