UEFA klublarımıza 2.4 milyon avro ödədi

15 Oktyabr 2015 14:59 (UTC+04:00)

Avroliqanın qrup mərhələsinə yüksəlmiş “Qarabağ” və “Qəbələ” klubları UEFA tərəfindən ayrılan mükafatı alıb.

Publika.az saytının məlumatına görə, AFFA-ya daxil olan vəsait dərhal müvafiq qaydada hər iki klubun hesabına köçürülüb.

Ağdam və Qəbələ təmsilçilərinin hər biri 2.4 milyon avro vəsait alıblar.