Cari mövsümdə uğursuz çıxış edən "Neftçi" sabah yeni titul sponsoru ilə müqavilə imzalayacaq.
Publika.az xəbər verir ki, "Ağ-qaralar"la yeni sponsor arasında imzalanma mərasimi Bakı Biznes Mərkəzində təşkil olunacaq. Mərasim saat 19:00-da başlayacaq.
Xatırladaq ki, paytaxt klubunun yeni sponsoru "ASAN Xidmət" olacaq. Bundan sonra "ASAN Xidmət" “Neftçi”nin formasında da öz əksini tapacaq.
Premyer Liqanın 8-ci turu çərçivəsində oktyabrın 17-də “Qəbələ”yə qarşı keçiriləcək qarşılaşmaya paytaxt klubu yeni formayla çıxacaq.