Prezident İlham Əliyev Qazaxıstana səfərə gedib

15 Oktyabr 2015 18:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün oktyabrın 15-də Qazaxıstana işgüzar səfərə gedib.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.