Türkiyənin ordu generalı Suriya sərhədində – FOTOLAR

15 Oktyabr 2015 22:15 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, general-polkovnik Salih Zəki Çolak Suriya ilə sərhəddəki bölgəyə səfər edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, türkiyəli general sərhədə tam təchizatlı hərbi helikopterlə gəlib. Bundan əlavə, generalı hərbi avtomobillər də müşayiət edir.

Türk ordu komandanının Suriya sərhədində müşahidələr apardığı və ərazi ilə ətraflı tanış olduğu deyilir.

Vasif Həsənli