Deputatlar qəzaya düşdü: Yaralananlar var

17 Oktyabr 2015 00:43 (UTC+04:00)

Latviyalı deputatlardan ibarət nümayəndə heyəti Polşada qəzaya düşüb.

Axar.az xəbər verir ki, Ludzenski, Karsavski və Zilupski əyalətlərindən olan 12 deputat və iki sürücünün olduğu avtobus aşıb.

Hadisə Varşavadan 200 kilometr aralıda baş verib. Qəza zamanı 5 nəfər xəsarət alıb.

Qəzaya yolun buz bağlaması səbəb olub. Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib.