Qubaya qar yağdı - FOTOLAR

17 Oktyabr 2015 12:54 (UTC+04:00)

Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun iki yaşayış məntəqəsinə qar yağıb.

Qarın qeydə alındığı yaşayış məntəqələri Xınalıq və Qırız kəndləridir.

Quba Regional Hidrometerologiya müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Qırıza 1 sm, Xınalığa isə 3 sm qalınlığında qar yağıb. Temperatur mənfi 2 dərəcəyədək düşüb. (APA)