Dağıstanda əməliyyat: İmamın qatilləri tutuldu

17 Oktyabr 2015 17:00 (UTC+04:00)

Dağıstanın Xasavyurt rayonunda növbəti antiterror əməliyyatı keçirilib və 4 silahlı zərərsizləşdirilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kuruş kəndi yaxınlığında aparılan əməliyyat zamanı silahlıların gizləndikləri sığınacaq da aşkar edilib. Onlar döyüş zamanı bu sığınacaqda gizləniblər.

Artıq silahlıların şəxsiyyətləri məlum olub. Əməliyyat qərargahının məlumatına görə, saxlanılan şəxslərdən 2-si sentyabrın 9-da Yeni Kuruş kəndinin məscidinin imamını qətlə yetirməkdə təqsirkar bilinirlər.

Toqquşmanın olduğu yerdən 4 avtomat və döyüş sursatı götürülüb. Toqquşma zamanı Rusiya Təhlükəsizlik Xidmətinin əməkdaşı yaralanıb. Dinc sakinlər arasında xəsarət alan olmayıb.

Gülnar Əliyeva