240 nəfər ehsandan zəhərləndi

17 Oktyabr 2015 17:12 (UTC+04:00)

İranda ehsan yeməyi 240 nəfəri xəstəxanalıq edib.

Publika.az İran mətbuatına istinadən xəbər verir ki, İranın Kirman vilayətinin Ənduhcerd rayonunda Məhərrəm ayı münasibətilə məclislərin birində verilən ehsan yeməyi kütləvi zəhərlənmə ilə nəticələnib.


Ənduhcerd dövlət xəstəxanasına müraciət edən 240 şəxs ehsan yeməyindən sonra bu vəziyyətə düşdüklərini deyib.

Qeyd edək ki, Məhərrəm ayında İranın əksər bölgələrində ehsan süfrələri təşkil olunur.


Rübabə