İŞİD ürəyindən vuruldu: kamikadzelər hazırlayan düşərgə məhv edildi – VİDEO

17 Oktyabr 2015 19:52 (UTC+04:00)

Suriyanın Lazikiye şəhərindəki hava bazasından qalxan rus qırıcıları son 24 saat ərzində İŞİD-in 49 mövqeyini vurbu.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

İqor Konaşenkov İŞİD-ə aid 11 komandan mərkəzi, 3 topçu mövqeyi, 9 silah anbarı, 2 hərbi təchizat bazası, 15 düşərgə və 8 gücləndirilmiş sığınacağın vurulduğunu deyib. Müdafiə Nazirliyinin sözçüsü rus qırıcılarının məhv etdiyi mövqelər arasında İŞİD üçün kamikadzelər hazırlayan bir düşərgənin də olduğunu söyləyib.

Ömər Dağlı