Flora Kərimova qızından danışdı: İstəmirəm...

18 Oktyabr 2015 13:40 (UTC+04:00)

Xalq artisti Flora Kərimova qızı Zümrüddən danışaraq kövrəlib.

Sevincini Publika.az-la bölüşən illərin sənətkarı qızı Zümrüdlə keçən hər günün ona xoşbəxtlik gətirdiyini deyib:

“Qızım Zümrüd İngiltərədən yanıma gəlib. Özümü çox xoşbəxt sayıram.

Hər gün onunla söhbətləşirəm. Heç istəmirəm yanımdan getsin, amma oktyabrın sonunda yenidən İngiltərəyə yola düşəcək. Zümrüdün işi İngiltərəylə bağlı olduğundan Bakıda qala bilməz. Əsas olan qızımın sağlamlığı və rahatlığıdır. Fərq eləməz, harda olursa, olsun”.

Cəvahir