Azərbaycan yük avtomobillərinin istehsalını xeyli artırıb

18 Oktyabr 2015 19:12 (UTC+04:00)

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 251 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 24,3 faiz üstələyir.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 562 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 68,4 faiz azdır.

Cari ilin ilk 9 ayında ölkədə 754 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 24,3 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod – Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.