Bakıda kişi meyiti tapılıb

19 Oktyabr 2015 01:23 (UTC+04:00)

Bakıda 52 yaşlı kişi meyiti aşkar edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istindən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb, 1963-cü il təvəllüdlü Rzayev Mübariz Bəhram oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16:55-də başa çatıb.