“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin əmisi oğlu Sanafi əl-Nasr öldürülüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Sanafi əl-Nasr “Əl-Qaidə”nin Suriya qolu “Əl-Nüsra” Cəbhəsinin liderlərindən biri idi.
2012-ci ildən etibarən Suriya ordusuna qarşı döyüşən Sanafi əl-Nasr dünən axşam saatlarında ABŞ qırıcılarının Hələb vilayətinin Dana bölgəsində etdiyi bombardman zamanı öldürülüb. Onunla birlikdə “Əl-Nüsra” Cəbhəsinin daha iki üzvünün öldürüldüyü bildirilir.
Daha əvvəl “Əl-Nüsra”nın Lazikiye əmiri olan Nasr ABŞ-ın “qara siyahısı”nda idi. Ladenin əmisi oğlu olan Nasr Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi tərəfindən də axtarılırdı.
Ömər Dağlı