Yaşar Vahabova Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

19 Oktyabr 2015 19:28 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Y.C.Vahabova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Yaşar Cabbar oğlu Vahabova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.