Minlərlə insan Hələb şəhərini tərk edib

20 Oktyabr 2015 07:43 (UTC+04:00)

Hökumət qüvvələrinin Hələb şəhərindəki üsyançıların nəzarət etdiyi ərazilərə həmlələri nəticəsində, son üç gün ərzində ən azı 70 min suriyalı şəhəri tərk edib.

Publika.az xəbər verir ki, bu barədə BBC-yə Suriya Tibbi Yardım Təşkilatının rəhbəri Dr Zaidoun əl-Zoabi deyib. Onun sözlərinə görə, ərazidə bir neçə kənd tamamilə boşalıb. O, minlərlə insanın heç bir daldalanacaq və tibbi ehtiyat olmadan hərəkət etdiyini görüb.