Baş Prokurorluq: Bu gün MTN "işi" ilə bağlı rəsmi açıqlama veriləcək

20 Oktyabr 2015 14:56 (UTC+04:00)

Gün ərzində Milli Təhlükəsizlik Nazirliyində baş verən proseslərlə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Bu barədə məlumatı Trend-ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.