Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra bizim müfəttişlərimiz orada işlə təmin olunacaq.
"APA-Economics" xəbər verir ki, bunu
nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
"Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq.
Bizdən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra
əməkdaşlarımız orada işlə təmin olunacaq", - deyə nazir müavini
bildirib.
M. Pənahov "işsiz qalanlar olacaqmı" sualına bu cür cavab verib:
"Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab
edirəm ki, işsiz qalanların sayı az olacaq".