Bu ilin 9 ayı ərzində qadınlarla bağlı ümumilikdə 4244 cinayət qeydə alınıb.
Publika.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov deyib.
Onun sözlərinə görə, törədilən cinayətlərin 1780-i zorakılıqla bağlıdır. “Cinayət törədənlərin 49-u yetkinlik yaşına çatmayanlardır. Qısqanclıq zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı 600-dür. Bununla yanaşı, qadınlara qarşı cinayət törətmiş 2630 şəxs məsuliyyətə cəlb edilib”.
H.Eyvazov bildirib ki, bu ilin doqquz ayı ərzində qadınlar
tərəfindən 1050 cinayət törədilib. Onların 70-i qəsdən
törədilib.
Gülxar