Müsavat Baxçalının partiyasını parçalayır - QARŞIDURMA

21 Oktyabr 2015 14:37 (UTC+04:00)

Türkiyənin Millətçi Hərəkat Partiyasında (MHP) ən önəmli şəxslərdən olan Müsavat Dərvişoğluna görə partiya daxilində parçalanma yaşanıb.


Publika.az xəbər verir ki, Müsavat Dərvişoğlu MHP rəhbərliyini tənqid edib.


- İqtidara gəlmək istəməyən bir partiya idarəçiliyi.

- Ağıl, təşkilatçılıq, əhdə vəfalı olmaqdan uzaq, kefləri istəyən formada idarəçilik.

- Özünü və ülkücü hərəkatını ifadə etməyən qarışıq dil.

- Siyasət yürütməkdən çox, gündəmin məzə halına gəlmiş MHP.

Müsavat Dərvişoğlu partiya rəhbərliyini bu tezislərlə tənqid edir.


Mediaya açıqlamasında Dərvişoğlu Dövlət Baxçalını belə tənqid edib: “Parlament seçkilərində sus, bələdiyyə seçkilərində sus, referendum olanda sus, prezident seçkilərində sus. Siyahılar açıqlanacaq, sus, yenidən seçki olacaq, sus. Sizdən soruşuram: sonuncu dəfə nə vaxt danışdınız? Mübarizənizə və silahdaşlarınıza sahib çıxmağa nə vaxt icazə verildi?”


Yayılan məlumatlara görə, MHP-nin özəyi olan ülkücü hərəkatında Müsavat Dərvişoğluna görə fikir ayrılığı yaşanır.


Asif