Ən böyük çip istehsalçısı 19 milyard dollara satılır

22 Oktyabr 2015 04:17 (UTC+04:00)

Dünyanın ən böyük sərt disk istehsalçısı “Western Digital” ən böyük çip istehsalçısı “SanDisk”i 19 milyard dollara alacaq.

Bununla korporasiya qiyməti 1,1 faiz düşən səhmlərinin dünya bazarındakı əvvəlki mövqelərini bərpa etmək fikrindədir. Müqavilənin 2016-cı ilin üçüncü rübündə imzalanması nəzərdə tutulur.