Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilin sonuna kimi keçirilə bilər

22 Oktyabr 2015 10:41 (UTC+04:00)

Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün ilin sonuna kimi keçiriləcəyinə ümid edirik.

Bunu "NEWS.am"-ın müxbirinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik deyib.

Danışıqlar prosesində ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülən mümkün yeni təkliflərə toxunan Anjey Kasprşik, bütün təkliflərin Madrid prinsipləri çərçivəsində müzakirə edildiyini bildirib.