Keyt Middleton kraliçanın tacını borc aldı - FOTOLAR

22 Oktyabr 2015 12:15 (UTC+04:00)

İngilis kral ailəsinin ən sevilən nümayəndəsi Kembric hersoginyası Keyt Middleton dünən Bukingem Sarayında Kraliça II Yelizaveta tərəfindən Çinin dövlət başçısı Xi Jinping və xanımı şərəfinə verilən rəsmi yeməkdə iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qızı Şarlotteni dünyaya gətirdikdən sonra uzun müddət dincələn Keyt Middletonun ziyafətdə taxdığı tacı müzakirələrə səbəb olub. O topladığı saçının üstündən taxdığı və “Papirus tacı” kimi tanınan çələngi Kraliça II Yelizavetadan borc alıb. Qeyd edək ki, Kraliça Yelizavetanın anasına məxsus olan bu tacdan şahzadə Marqaret də istifadə edib.

Qeyd edək ki, Keyt Middleton bu tacı ilk dəfə 2013-cü ildə də diplomatik qəbulda taxmışdı. O, şahzadə Uilyam ilə evləndikdən sonra üçüncü dəfədir ki, ailəyə aid olan tacdan istifadə edib. Nəzərinizə çatdıraq ki, Middleton öz toyunda başına “Cartier”-dən olan tac qoymuşdu.

Keyt Middleton bu ziyafətdə ən çox bəyəndiyi “Jenny Peckham” brendindən qırmızı don geyinib.

Aytən