Soğan maskası ilə saçlarını uzat!

22 Oktyabr 2015 16:45 (UTC+04:00)

Soğan saçın uzanmasına təsir edən təbii vasitələrdən biridir. Soğan şirəsini tək və ya başqa saç uzadan vasitələrlə qarışdırıb saçın dibinə çəkdikdə baş dərisində qan dövranını sürətləndirir. Soğanın tərkibindəki maddələr saçın böyüməsini təmin edən kollagenlərin çoxalmasına səbəb olur. Soğan şirəsi ilə qidalanan saçlar güclənir, asanlıqla qopub tökülmür.

Publika.az soğanla saçı uzatmağın bir neçə üsulunu təqdim edir:

Ballı soğan maskası

Yarım stəkan soğan şirəsi ilə 1 xörək qaşığı balı qarışdırıb saç diblərinə çəkin. Bir az masaj edin. 15 dəqiqə gözləyib saçınızı ilıq su ilə yuyun. Bu maskanı hər gün çəkmək olar.

Saçlarınızı soğan suyu ilə durulayın

4-5 soğanı doğrayıb 1 litr suda 10 dəqiqə qaynadın. Soyuduqdan sonra süzün. Saçlarınızı yuyub həmin su ilə durulayın.

Ləman Sultan