Warning: opendir(/home/publikaaz/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Ölkə qarışdı: prezident fövqəladə bəyanat verdi

Ölkə qarışdı: prezident fövqəladə bəyanat verdi

22 Oktyabr 2015 17:06 (UTC+04:00)

Gürcüstan prezidenti Georqi Marqvelaşvili “Rustavi 2” televiziya şirkətinin ətrafında yaranan gərginlik və “Vahid Milli Hərəkat” Partiyasının ofislərinə hücumlarla əlaqədar fövqəladə bəyanat verib.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, baş nazirin bugünkü bəyanatı vəziyyəti normallaşdırmaq əvəzinə daha da mürəkkəbləşdirir.

Prezident vurğulayıb ki, son günlər ölkədə baş verən prosesləri vətəndaş qarşıdurması üçün ilkin şərtlər yaradıb.

“Ölkə Konstitusiyasının müdafiəsi hər bir vətəndaşın, ilk növbədə Gürcüstan hakimiyyətinin vəzifəsidir. Təəssüf ki, hökumət başçısının bugünkü çıxışı əlavə gərginlik yaradır və vəziyyəti daha da mürəkkəbləşdirir. Hamını kəskin addımlardan çəkinməyə, emosiyaları cilovlamağa və sabitliyi qorumağa çağırıram. Yaranmış vəziyyətə əsaslanaraq siyasi partiyalar, qeyri-hökumət təşkilatları və diplomatik korpuslarla konsultasiyalara başlayıram”, - Gürcüstan prezidenti bildirib.

Qeyd edək ki, dünən Gürcüstanın keçmiş prezidenti Mixail Saakşvilinin "Vahid Milli Hərəkat” Partiyasının qərargahları dağıdılıb. Müstəqil "Rustavi 2" telekanalının bağlanması ilə bağlı məhkəmə prosesi gedir. TV-nin bağlanmasına etiraz olaraq aksiyalar keçirilir.

Ömər Dağlı