Tükiyənin Antalya şəhərində keçirilən narkotik analizi
zamanı kişi cinsindən olan avtobus sürücülərindən biri hamilə
çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, Antalyada sürücülərin narkotik aludəçiliyinin təyin
olunması üçün sidik analizi götürülüb. Sürücülərdən birinin analizi
zamanı onun hamilə olduğu ortaya çıxıb. Hər kəsin təəccübünə səbəb
olan hadisəyə görə klinika açıqlama verib. Klinikadan sidiyin həmin
şəxsin özünə aid olmadığı bildirilib:
“Analizlərin klinikada qarışması mümkün deyil. Çox güman ki,
hansısa bir yolla başqasına aid sidiyi klinikaya təqdim edib”.
Qeyd edək ki, aparılan təhlil zamanı alınan qan və sidik
nümunələrinin analizi zamanı 40 avtobus sürücüsünün narkotik
aludəçisi olduğu ortaya çıxıb.
Rübabə