Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcək.
Publika.az xəbər verir ki, turun ilk oyun günündə AZAL-la "Neftçi" üz-üzə gələcək.
Hazırda hər iki komanda ağır günlərini yaşayır. Amma "Ağ-qaralar"ın daha ağır durumda olan "Təyarrəçilər"i məğlub edəcəyinə inam çoxdur. Hər halda, "Neftçi" AZAL-ı da məğlub edə bilməzsə, onda bu dəfə təkcə baş məşqçi Samir Əliyev yox, bütün rəhbərlik istefa haqda düşünməlidir.
Azərbaycan Premyer Liqası, 9-cu tur
23 oktyabr
18:00 AZAL - Neftçi
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "AZAL Arena"