Gəncədə bir neçə dindar saxlanıldı

23 Oktyabr 2015 17:36 (UTC+04:00)

Gəncədə dindarların saxlanılmasının səbəbləri məlum olub.

Gəncə şəhər Baş Polis İdarəsindənAPA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.

Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.