Düzgün cihaz – yüksək keyfiyyətli şəbəkə təcrübəsi! Bakcell abunəçiləri üçün faydalı tövsiyələr

24 Oktyabr 2015 10:52 (UTC+04:00)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz şəbəkəsində yüksək səviyyəli müştəri təcrübəsini təmin etmək üçün ən qabaqcıl və müasir texnologiyaları dəstəkləyir.

Yüksək keyfiyyətli mobil internet xidmətlərini təqdim etməklə və öz şəbəkəsini və texniki imkanlarını genişləndirməklə yanaşı, Bakcell şirkəti təqdim etdiyi səs və data xidmətlərindən istifadə edən müştərilərinə daha çox üstünlük verə bilən cihazların funksional imkanlarını da ölçür.

Mobil cihazların Bakcell şirkətinin müştəri təcrübəsinin idarə edilməsi sistemi vasitəsi ilə aparılmış monitorinqi göstərir ki, Bakcell şəbəkəsinin imkan verdiyi texnologiyalardan tam faydalana və yüksək keyfiyyəti hiss edə bilmək üçün abunəçilər funksional imkanları geniş olan keyfiyyətli cihazlardan istifadə etməlidirlər.

Hazırda bazarda qiymətindən asılı olaraq müxtəlif funksional imkanlara və müxtəlif brendlərə məxsus cürbəcür cihazlar təklif olunur. Bakcell öz abunəçilərinin nəzərinə çatdırır ki, düzgün mobil cihaz seçimi onlara Bakcell şəbəkəsində daha yüksək keyfiyyətli səs və data xidməti vəd edir. Aşağıda Bakcell müştəriləri üçün bəzi tövsiyələr yer alır:

LTE xidmətlərindən istifadə etmək üçün abunəçi Bakcell Müştəri Xidmətləri Mərkəzindən USIM kartını əldə etməlidir. Rayonlarda 3G şəbəkəsində daha yaxşı keyfiyyətlə istifadə edə bilmək üçün UMTS 900 dəstəklənməsi olduqca vacibdir.

Simsiz cihazların funksionallığı artdıqca, bu, cihazın texniki mürəkkəbliyində də əks olunur və beləliklə, cihazların keyfiyyəti xidmətin keyfiyyətini də artırır. Bakcell ümid edir ki, bu tövsiyələr abunəçilərimizə düzgün cihaz seçimində və Bakcell şəbəkəsinin dəstəklədiyi yeni texnologiyalardan faydalanmaqda, sabit və etibarlı bağlantı qurmaqda, güclü siqnal alaraq ən yüksək keyfiyyətli istifadə təcrübəsi əldə etməkdə köməklik göstərəcək.