Robbendən sevindirici xəbər

24 Oktyabr 2015 12:13 (UTC+04:00)

"Bavariya"nın futbolçusu Aryen Robben zədəsini sağaldıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ümumi qrupda heç bir məhdudiyyət olmadan məşqlərə başlayıb. Onun Almaniya bundesliqasının 10-cu turunda "Köln"ə qarşı matçda iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, Hollandiya millisinin futbolçusu Aryen Robben "Avro-2016"nın seçmə mərhələsində İslandiyaya qarşı matçda zədələnmişdi.