"Ronaldo ilə rəqabət aparmıram" – Messi

24 Oktyabr 2015 13:06 (UTC+04:00)

"Barselona"nın futbolçusu Lionel Messi yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Real"ın forvardı Kriştiano Ronaldo ilə rəqabət aparmadığını deyən argentinalı futbolçu karyerasını "Barselona"da başa vuracağını söyləməkdən çəkinib.

"Ronaldo ilə rəqabət aparmıram. Onun da mənimlə rəqabət aparmadığını düşünürəm. Gələcək karyerama gəlincə bu barədə danışmaq istəmirəm. Yalnız bu gün haqda fikirləşirəm. Hazırda "Barselona"nın futbolçusuyam və bundan çox məmnunam" - deyə Messi bildirib.