Tovuzda zəlzələ oldu

26 Oktyabr 2015 09:37 (UTC+04:00)

Tovuzda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, təkanlar yerli vaxtla 07:08-də Gədəbəydən 35 km şimalda Tovuz rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 3,1, dərinliyi 7 km olan zəlzələ hiss edilməyib.