Hadisənin 300 minə başa gələn doğum günü məclisi – FOTOLAR

26 Oktyabr 2015 21:56 (UTC+04:00)

Məşhur müğənni Hadisə 31 yaşını qeyd edib. Publika.az xəbər verir ki, doğum gününü Çırağan Sarayında keçirən müğənni məclis üçün 300 min lirə xərcləməli olub.

Yığıncaqda Hadisənin bacıları Dərya və Hülya Açıkgöz, həmçinin, 50 məşhur sima iştirak edib.

Jurnalistlərə qapalı olan yığıncaqdan fotoların yayılmasını istəməyən Hadisə təkcə bacısının istəyini rədd edə bilməyib. Belə ki, Dərya Açıkgöz “Instagram”da “Çırağan Sarayında unudulmayacaq möhtəşəm gün” şərhi ilə 3 ədəd şəkil paylaşıb.

Həmin fotoları təqdim edirik:

Ləman Sultan