İstanbulda antiterror əməliyyatı: 2 azərbaycanlı tutuldu

27 Oktyabr 2015 14:36 (UTC+04:00)

İstanbulda keçirilən antiterror əməliyyatı nəticəsində iki Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 21 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında İstanbulun Sultanbəyli və daha iki başqa rayonunda terrorçu İŞİD qruplaşmasına qarşı 25 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 2-si Azərbaycan vətəndaşı, 7-si uşaq olmaqla 21 nəfər tutulub.

Xəbərdə bildirilib ki, İŞİD silahlıları həmin bölgələrdə özləri üçün məscid qurublar və bu məscid üçün imam axtarırmışlar.