Dilarə Əliyeva: “O, mənim üçün əsl hədiyyədir”

27 Oktyabr 2015 17:15 (UTC+04:00)

Bu gün əməkdar artist Dilarə Əliyevanın doğum günüdür.

Publika.az-a açıqlama verən aktrisa təmtəraqlı doğum günü şənlikləri keçirməyi sevmədiyini bildirib:

“Doğum günümü ailəmlə qeyd edəcəyəm. Qayınanam, qayınatam, anam, qardaşım, həyat yoldaşım olacaq ətrafımda. Mən heç vaxt təmtəraqlı ad günü qeyd etməmişəm. Bəlkə də olub. Amma xatırlamıram”.

Aktrisanı ilk təbrik edən isə qızı olub.

“Qızım səhər saat 8-də məktəbə getmək üçün yuxudan oyanan kimi məni təbrik etdi”.

Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevdən isə hədiyyə gözləmədiyini bildirdi:

“Oqtay özü hədiyyədir də, o, başdan-ayağa bayramdır. Oqtay hər zaman mənim qayğımı çəkir, mənim arxamda dayanır. Onun varlığı mənim üçün bayramdır”.

Əksər xanımlar illər keçdikcə yaş kompleksi yaşasalar da, əməkdar artist belə bir kompleksinin olmadığını vurğuladı:

“43 yaşım tamam oldu. Yaşımı qeyd etməkdən də məmnunam”.

İsa Şükürov