Əsədin köməyinə gedən rus əsgəri intihar etdi

27 Oktyabr 2015 17:03 (UTC+04:00)

Suriyada yerləşən “Xmeymim” təyyarə bazasında rusiyalı hərbçi intihar edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Texniki mütəxəssis kimi təyyarə bazasında xidmət keçən hərbi qulluqçu istirahət zamanı özünə qəsd edib. Hazırda hadisənin baş verməsinin şəraiti araşdırılır”, - hərbi müəssisədən qeyd ediblər.

Hərbi qulluqçunun adı açıqlanmayb.

“RİA-Novosti” xəbər verir ki, ilkin məlumatlara görə, intiharın səbəbi “qızla şəxsi münasibətlər” olub.

Hərbi qulluqçunun bacısı Yekaterina Kostenko isə “Exo Moskvı” radiostansiyasına açıqlamasında bildirib ki, qardaşının intihar etməsinə inanmır.

Qeyd edək ki, Rusiya sentyabrın 30-da Suriyada hava əməliyyatına başlayıb.

Ömər Dağlı