Bu günün valyuta məzənnəsi

29 Oktyabr 2015 09:41 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 29-na olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişərək 1,0496 (1,0490) manat təşkil edib.

Publika.az-ın məlumatına görə, manata nəzərən avronun kursu isə 1,1467 (1,1575) manat olub.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,9% artaraq 0,0164 manat səviyyəsində qərarlaşıb.