Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen” 15 ildə ilk dəfə rübü zərərlə başa vurub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, təkcə iyul-sentyabr aylarında “Volkswagen”nin zərəri 3 milyard 480 milyon avro olub. Məlumat üçün bildirək ki, ötən ilin müvafiq dövründə şirkət 3 milyard 230 milyon avro gəlir əldə edib.
Son iki ayda 11 milyon avromobilini geri çağıran “Volkswagen” bu əməliyyata 6,7 milyard avro xərcləməyi planlayır.
İqtisadiyyat şöbəsi