Adil Şükürova “hökm oxundu”

30 Oktyabr 2015 16:52 (UTC+04:00)

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Qəbələ” - AZAL matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

10-cu turun “Zirə” - “Kəpəz” matçının 58-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Sadiq Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub

Oyunun 87-ci dəqiqəsində “Zirə”nin futbolçusu Aleksandr Şemonayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 14-cü dəqiqəsində “Zirə”nin baş məşqçisi Adil Şükürov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Neftçi” - “İnter” matçında “ağ-qaralar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 36-cı dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

10-cu turun “Xəzər Lənkəran” - “Sumqayıt” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.