Vitse-prezident baş məşqçinin “Barsa”dan nə vaxt gedəcəyindən danışdı

18 Mart 2014 12:41 (UTC+04:00)

“Barselona”nın vitse-prezidenti Manel Arroyo komandanın baş məşqçisi Xerardo Martinonun mövsümün sonunda klubdan getməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, Kataloniya klubunun təmsilçisi Martinonun müqaviləsinin davam etdiyini bildirib:

“Bu barədə dəqiq heç nə bilmirik. Martinonun müqaviləsi davam edir. O, hazırda bütün diqqətini “Real”la oyuna yönəldib.

Bilmirəm onun müqaviləsində yayda klubu tərk edəcəyi ilə bağlı xüsusi şərt var, ya yox. Hazırda bizim gündəmimizdəki əsas məsələ “Barselona”nın mövsümü necə başa vurmasıdır. Biz bununla maraqlanırıq”.

Aygün İlqarqızı