Qrip virusu yorğun bədəni çox sevir. Aparılan araşdırmalar da göstərir ki, qrip virusuna yorğun və əzgin olduğumuz vaxtlarda yoluxuruq. Bunun qarşısını almaq üçün bədənin müdafiə sistemini gücləndirməlisiniz. Bu virusun sevmədiyi bir neçə qida mövcuddur ki, onlar sayəsində bədənin müqavimətini gücləndirə bilərik. Publika.az qripin qarşısını alan ən yaxşı çay reseptini təqdim edir:
Ərzaqlar:
Ekinezya (kirpi otu) otu
3-4 dilim zəncəfil
3 xörək qaşığı təzə limon suyu
2 xörək qaşığı bal
Yarım xörək qaşığı darçın
Yarım çay qaşığı üyüdülmüş mixək
Qırmızı istiot
Hazırlanması:
Bir stəkan qaynar suyun içərisində ekinezya, mixək və zəncəfili töküb qarışdırın. Çayı dəmdən aldıqdan sonra süzüb içinə darçın, bal, istiot və limon suyu əlavə edin. Qarışdırıb isti halda için.
Aytən