Çin dünyanı rahatlatdı - PROQNOZ

4 Noyabr 2015 04:16 (UTC+04:00)

Çin prezidenti Xi Jinping iqtisadiyyatda illik artım nisbətinin 2016-2020-ci illər dövründə 6,5 faiz səviyyəsindən aşağı düşməyəcəyini söyləyib.


Publika.az bildirir ki, Çinin rəsmi xəbər agentliyi "Xinhua" prezidentin açıqlamasının Çin Kommunist Partiyasının 2016-2020-ci illər dövrünü əhatə edən 12-ci beşillik inkişaf planına razılıq verməsinin ardınca verildiyini yazır.

Çin 12-ci beşillik inkişaf planında adambaşına milli gəliri 2010-cu ildəki səviyyədən 2 dəfə artırmağı hədəfləyir.


Ölkədə 2010-cu ildə 4697 dollar olan adambaşına milli gəlirin 2015-ci ildə 7800 dollar səviyyəsinə yüksəldiyi təxmin edilir.