Enerji tarifləri ilə bağlı ŞAD XƏBƏR

4 Noyabr 2015 12:41 (UTC+04:00)

"Azərbaycanda istilik və elektrik enerjisi tariflərinin artırılması məsələsinə baxılmır".

"APA-Economics"in xəbərinə görə, bunu energetika nazirinin müavini Natiq Abbasov bildirib.

"Gələcəkdə tələbat artacaq. Enerjiyə tələbatın artması labüddür. Tarifin dəyişilməsi haqqında heç bir məsələ müzakirə edilmir. Alternativ enerjiyə gəlincə, razıyam ki, alternativ enerjinin istehsalı baha başa gəlir. Hazırda onun tarifi 4,5 qəpikdir. Bu qiymətin dəyişdirilməsi ilə bağlı heç bir müzakirələr aparılmayıb", - deyə nazir müavini bildirib.