ABŞ səfiri İlham Əliyevə minnətdarlığını bildirib

4 Noyabr 2015 18:43 (UTC+04:00)

ABŞ Azərbaycan Prezidentinin NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlara dəstək məsələsində qanun çərçivəsinin yenilənməsinə görə minnətdarlığını bildirib.

"Report"un verdiyi məlumata görə, bu barədə jurnalistlərə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Bu addımı alqışlayan səfir Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlardakı iştirakını yüksək qiymətləndirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq hər iki ölkə üçün vacibdir: "Bir daha bildirirəm ki, Azərbaycanla güclü və müsbət əlaqələrimiz var və bir sıra məsələlər üzrə onlar davam etdiriləcək".

Qeyd edək ki, noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO-nun Əfqanıstandakı missiyasında iştirakının təmin edilməsinə dair" sazişi təsdiq edib.