Warning: opendir(/home/publikaaz/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
"Twitter"dən yenilik

"Twitter"dən yenilik

4 Noyabr 2015 22:20 (UTC+04:00)

"Twitter" mikrobloqlar xidməti "Like" düyməsini tətbiq edib. İstifadəçilər ürək şəklində xüsusi düyməni sıxmaqla mesaji bəyənə bilərlər.

Publika.az-ın məlumatına görə, ABŞ-ın "Twitter Inc” şirkəti dəyişikliklər barədə öz rəsmi bloqunun səhifəsində məlumat verib. Qeyd olunub ki, sosial şəbəkədə "Like " düyməsi "seçilmiş"ə əlavə etməyə imkan verən ulduz düyməsini əvəzləyib.

"Twitter" şəbəkəsi 2006-cı ildə yaradılıb. Sosial şəbəkə 500 milyondan çox istifadəçini özündə birləşdirir. Onların təqribən 300 milyon nəfəri fəal istifadəçidir. Şirkətin 2014-cü ildə gəliri 1,4 milyard dollar təşkil edib.