Azərbaycanlı həkim Toni Adamsı xilas etdi

5 Noyabr 2015 10:50 (UTC+04:00)

“Qəbələ”nin idman direktoru Toni Adams ürəyindən əməliyyat olub.

Publika.az xəbər verir ki, bu barədə “SKY Sport”a keçmiş futbolçu özü məlumat verib:

“Qəbələ”nin məşqlərindən birində sinəmdə ağrılar hiss etdim. Təcili Bakıya gətirildim və klinikaların birində əməliyyata alındım. Azərbaycanlı cərrah o qədər gözəl və dəqiq iş görmüşdü ki, hətta mənim Britaniyadakı kardioloqum belə buna heyran olmuşdu. Bu əməliyyat sayəsində hazırda həyatdayam”.