Neft də bahalaşır, qızıl da...

5 Noyabr 2015 13:22 (UTC+04:00)

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar bahalaşaraq 46,37 dollar təşkil edib.

Publika.az-ın məlumatına görə, “Brent” markalı neftin 1 barelinin dəyəri də 0,10 dollar yüksələrək 48,68 dollar olub.

Qızıl isə 1,4 dollar bahalaşıb, Nəticədə unsiyası 1109,3 dollar təşkil edib.

İqtisadiyyat şöbəsi