Bu ilin doqquz ayında yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə 161 cinayət faktı qeydə alınıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, törədilən cinayətlərin 8-i zorlama (149.2.3-cü maddə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama, 149.3.3-cü maddə - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama), 29-u seksual xarakterli zorakılıq əməlləri ilə bağlıdır.
Doqquz ay ərzində qeydə alınmış cinayət faktların 116-sı 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, 7-si əxlaqsız hərəkətlər, 1-i isə uşaqları fahişəliyə və əxlaqsız əməllərə cəlb etmə ilə bağlıdır.
Bütün faktlar üzrə cinayət işi açılıb, istintaq aparılıb.
Gülxar