İŞİD tələyə düşdü – VİDEO

8 Noyabr 2015 07:46 (UTC+04:00)

Şimali İraq kürd muxtariyyətinin Peşmərgə Güclərinin olduğu nöqtələrə sızmağa çalışan 15-ə yaxın İŞİD üzvü pusquya düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Rudav” saytına danışan polkovnik Xalid Hamzo bildirib.

Mosulun qərbində baş verən hadisə zamanı İŞİD üzvləri pusquya düşürülərək öldürülüblər. Duhok xüsusi təyinatlı qüvvələrin zabiti olan Hamzo öldürülən İŞİD üzvlərinin aralarında “Əbu Adnan” adlı İŞİD komandirinin də olduğunu deyib.

ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri İraq təhlükəsizlik gücləri və peşmərgələrlə birlikdə uzun müddətdir ki, Mosulun İŞİD-dən azad edilməsi üçün hazırlıq görür. Ötən ay bəzi səlahiyyətlilər hazırlığın başa çatdığını açıqlamışdı.

“Rudav”a danışan Peşmərgə Güclərinin komandiri general Meran Meran İŞİD-in fasilələrdə özünü göstərmək üçün təlimlər keçdiyini, ancaq təyyarələrin qorxusundan bunu şəhərin daxilində etdiyini söyləyib.

Qeyd edək ki, İraqin ikinci böyük şəhəri olan Mosul İŞİD tərəfindən 10 iyun 2014-cü ildə tutulub.